Vətənimiz Azərbaycanın ən böyük problemlərindən biri də planlama və idarəetmə sahəsində boşluqların olmasıdır. Keçmiş Sovet idare sistemində yetişmiş kadrların bir çoxu müasir inkişaf tempinə ayaq uydurmaqda çətinlik çəkir. Yeni idarəçi və məmur nəsli hazırlamaq üçün isə heç kim əziyyət çəkmir.
Bir çox siyasi problem və qütbləşmənin müşayətində bəzən elə yanlış addımlar atılır ki, bunların düzəldilməsi ya çox çətin olur, ya da ümumiyyətlə qeyri-mümkün.

Bu blogu hazırlamaqda əsas məqsədim hər cür idarəetmə (ictimai-dövlət-şəhər-bələdiyyə) sahəsində təhsil alan, işləyən, biliyi olan və ya ümumiyyətlə bu sahəyə marağı olan həmvətənlərimizlə toplaşma məkanımızın olmasıdır. Bir birimizi tanıyaq və istifadə edək.

Onu deyim ki, bu şəxsi blog deyildir. İstəyən dostlarımız uzv ola bilər və yazılarını, fikirlərini təqdim edə bilər. Nəşr olunmuş materiallara şərhlər yazıla bilər. Bu sadəcə birinci addımdır. Burada bir-birimizi tapıb tanıdıqdan, maraqlarımızı anladıqdan sonra professional dərnək və cəmiyyətlər qura, seminar və konfranslar təşkil edə bilərik. İnanıram ki, birlikdə böyük layihələr həyata keçirməklə xalqımıza xidmət etmiş olarıq.

Gəlin aktiv şəkildə fikir və biliyimizi paylaşaq, eyni zamanda sahəyə marağı olanları toplayaq.

Hörmətlə,
Ramiz Məmmadli
Dövlət İdarəçiliyi üzrə magistr

East Tennessee State University

Qeyd: üzvlük məsələləri və material göndərmək üçün kontakt adresim ramizmammadli@yahoo.com

Cavab qoy