Maraqlı bir elan
İyun 4, 2008
Amerikalıların bir xüsusiyyətini sevirəm. Özlərinə gülməkdən çəkinmirlər. “Qurdlar Vadisi Pusu”dakı Muro demişkən “özeleştiri” etməyi bacarırlar bəzən. Bəzən bunu etməkdə məqsəd “güclüyük, yaxşı eləyirik, əlimizin içindən gəlir” demək olsa da, hər halda özünütənqidi bacarmaq yaxşıdır.
Oxumaqda olduğum “The Pentagon’s New Map” kitabının müəllifi Thomas P. M. Barnett Pentagon üçün strateji araşdırmalar edən və ümumiyyətlə ABŞ-ın Soyuq Müharibə sonrasi hərbi strateqiyasını müəyyənləşdirən insanlardan biridir.
Kitabı uzun-uzun danışıb yazını uzatmayacam. Sadəcə müəllifə görə, ikinci Clinton administrasiyasi dövründə Pentaqonda divara yapışdırılmış məzəli bir elani nəzərinizə çatdırmaq istədim. Bu elanı görəndə ABŞ rəsmilərinin 11 Sentyabr hadisələrini niyə bu qədər “sevdiyi” aydın olur. SSRİ dağılandan sonra belə fürsət ABŞ hərbi siyasətinə çox lazım olacaqdı.
ENEMY WANTED
UNITED STATES OF AMERICA
Mature North American Superpower seeks hostile partner for arms-racing, Third World conflicts, and general antagonism. Must be sufficiently menacing to convince Congress of military financial requirements. Nuclear capability is preferred; however, non-nuclear candidates possessing significant bio-chemical warfare resources will be considered. Send note with pictures of fleet and air squadrons to:
CHAIRMAN JOINT CHIEFS OF STAFF
THE PENTAGON
WASHINGTON, DC

P.S. elanın qısaca tərcüməsi (nəzərə alın ki elanlarda işlənən spesifik sözlərin tərcüməsi bəzən mənanın itməsinə səbəb olur, ümumiyyətlə isə elan sanki özünə həyat partnyoru axtaran insanın dilindən yazılıb):
“Yetişkin(orta yaşlı) Şimali Amerika Supergücü özünə silah yarışı, Üçüncü Dünya konfliktləri və ümümi xarakterli düşmənçilik üçün qərəzli partnyor axtarır. Namizəd Kongresi hərbi məqsədlər üçün maliyyə ayırmağa razı edəcək qədər təhlükəli olmalıdır. Nüvə qabiliyyəti olanlara üstünlük verilir, lakin yetərli miqdarda bio-kimyəvi silahı olan qeyri-nüvə güclü namizədlər də nəzərə alınacaq. Hərbi dəniz donanması və hava qüvvələrinin şəkilləri əlavə olunmuş qeydlərinizi Pentagona göndərməniz xahiş olunur.”
maraqlidir..
nese inandirici gelmedi
amma siyasetlerini cox aydin tesvir edir.
Emin,
Inandirici gelmedi deyende ki, bu elanin divardan asilmasina shubhe etmirem. Amma tebii ki, elani asan bunu bir zarafat kimi yazib. Yeni biz “Lazim gelse Qarabagi alariq, amma Lazim gelib cixmir..” deyende ne nezerde tuturuqsa elan da onu nezerde tutur.
elan US siyasetini lezetli tesvir edir. Bir de Ramiz ikinci Clinton dovru deyende yeqin ki, ikinci Bush demek istemisen.
Yox qardash,
ele mehz Clinton dovrunun mehsuludur. Bush dovrunde artiq Global Terrorizm adli yeni tipli dushmen tapilmishdi. Kitabin muellifi de eslinde pentagonda olan “kohne qafa”larin hele Sovetler kimi dovlet axtardigini, ona gore de terrorizmle savashmaga hazir olmadigini ireli surur. Bu elan da bir nov o qoca qurdlarin Federal Hokumetden pul almaq ucun girdiyi axtarishlari tecessum etdirir ozunde.