Yeni Urbanizm
May 31, 2008
Yeni Urbanizmə görə şəhərləşmə elə planlanmalıdır ki, yaşayış əraziləri insanların normal yaşayışı üçün lazım olan bütün sosial xidmətlərini ehtiva etsin. Bundan əlavə olaraq bu xidmətlərin çoxu insanlarin piyada gedə biləcəyi məsafədə olmalıdır ki, avtomobil tıxacları yaranmasın.
Azərbaycandakı şəhərlərin sovet dövrünə aid hissələri adətən bu cür xidmətlərlə təmin olunmuşdu. Lakin, müstəqillik və özəlləşmə dövründə xidmətlərin daha cox şəhər mərkəzinə köçməsi prosesi baş verdi. Köçün məncə esas səbəbi şəhərlərin ucqarlarındakı iş yerlərinin bağlanması və bu ucqarların bir növ “yataqxana” xarakterli yaşayış sahələrinə çevrilməsi oldu.
Hazırda sosial xidmətlər problemi əsasən iki halda özünü göstərir.
1. Sovet dövründə salınmış, lakin sonradan zəifləmiş mikrorayon və kvartallar.
2. Yeni meskunlaşan plansız ərazilər.
P.S. Daha çox özəlləşməyə məruz qalmış ticarət obyektləri və tibb mərkəzləri bu sahədə istisna sayıla bilər. Lakin, kifayət qədər geniş yayılmış bu müəssisələr keyfiyyət cəhətdən mərkəzdəkilərdən geri olduğu üçün nəticə etibarı ilə çətinliklər davam edir.