Müqayisə: Dövlət – Biznes İdarəetməsi (Public Administration vs. Business Administration) (1)
May 23, 2008
Azərbaycan və digər keçmiş Sovet məkanı ölkələrinə baxdıqda Qərbdəki “dövlət idarəetməsi” anlayışından hələ çox uzaq olduğumuzu görərik. Kommunist rejimi çərçivəsində dövlət o qədər siyasiləşdirilmiş və əlçatmaz anlayış idi ki, bir nəfərin dövlət qulluğuna girib girməməsi onun partiya ilə bağlılığı, partiyaya sadiqliyi və yenə partiya daxilindəki aktivliyi ile bilavasitə bağlı idi.
Müstəqillikdən sonra dövlət qulluğu qaydalarında müəyyan dəyişikliklər olsa da, bu biznes idarəetməsindəki inkişafla müqayisədə çox zəif hiss edilir. Mövzunu çox mürəkkəbləşdirmədən praktiki misallara baxaq. Məsələn, qərbdə dövlət idarəçiliyi həddən artıq geniş məvhumdur. Buraya siyasi qərarlar xaricində dövlətin əli çatan bütün qurumları daxil edilir desək yanlış olmaz. 2006-cü ildə American Society for Public Administration(ASPA) – Dövlət İdarəçiliyi uzrə Amerika Cəmiyyətinin illik konfransında iştirak etmək şərəfi qismət olduqda panellərdəki mövzulara ilk baxışımda çox təəccübləndim. Təhsil, tibb, təhlükəsizlik, anti-terror mudafiə məsələləri, fövqəladə hallar, krizis idarəetməsi, şəhər planlaması, beynəlxalq təşkilatlarla işlər və s. məsələlər ilk ağlıma gələnlərdir. FBI-ın şöbə müdürü gəlib brifing verdi və iştirakçılar onu sual yağışına tutdular. Yeni Orleanda olan Katrina fırtınası mövzusunda bir çox çıxışdan birində New Orleans University prezidenti(rektoru) o şəraitdə tələbələri necə idarə etdiklərindən, qısa müddət ərzində universitet kampusunu qərargah kimi istifadə edib yaralıları və evsizləri oraya toplamalarından, habelə fırtınadan dərhal sonra universitet tələbələrini təhsilsiz qoymamaq üçün güzəştli əsaslarla digər ştatlardakı universitetlərə göndərdiklərindən danışdı.
Bu misalları çox sadalamaq olar, lakin orada anladım ki, dövlət təkcə Palament, Prezident Aparatı və Nazirlər kabineti deyilmiş. Bilirəm deyənlər olacaq ki, yeni şey kəşf eləməmisən ki, maaşını büdcədən alan hər kəs dövlət işçisidir. Razıyam. Sadəcə biz dövlətdən almağa alışmışıq. Vermək şüuru isə hələ yoxdur. Yəni, təhsil sahəsində işləyənlərimiz hiss etmir ki, əslində onlar dövlət işçisidir. Bir müəllim deyir ki, mən əməyimi dövlətə satıram, o da maaşımı verir. Lakin, özəl şirkətdə işləyən dostlarımıza baxıram, hər yerdə öz şirkətlərini təbliğ edir. Bir növ həmin şirkəti “özününkü” sayır.
Dövlət ən böyük işverəndir(employer mənasında). Necə ki, özəl şirkət işçiləri əmək-maaş mübadiləsindən əlavə olaraq şirkətin çiçəklənməsi üçün çalışır, bəzən bunun fərqində olaraq və ya olmadan şirkətinin PR-ni edir, bəzən əlavə zaman ayıraraq vəzifəsi olmayan bir iki xırda işi görür, ən azından beynində və dilində “bax bu işi belə eləsak şirkət daha da inkişaf edər” fikri dolaşırsa, dövlət işçilərimiz də dövlət mexanizminin daha yaxşı işləməsi üçün həm beyin fırtınası etməli, həm bunun üçün əməli enerji sərf etməli, həm də yeri gələndə mexanizmin zəif yerlərini düzəltməyə cəhd etməlidir.
Bunun da yeganə yolu dövləti “özününkü” hiss etməkdir. Bir vətəndaş kimi özününkü hiss etmək deyil, bunu hamımız etməliyik. Dövlət qulluqçuları sistemin bir parçası olaraq, səlahiyyətləri daxilində, sistemə təkan verməklə və sistemə nəzarət etməklə bu böyük “firmanı” inkişaf etdirməlidirlər.
Dövlət siyasətçilərin deyil, dövlət hamımızımdir.


Dovletciik anlayisina ferqli baxis..
Kohne 7 basli dinozavrlar oldugu muddetce biz bele de davam edeceyik.. En azindan bele gorsenir..
Melikmemmedi gozleyirik ki, gelib baslari bir bir kessin..
Yazdiqlariva eyni ile qatiliram. Dovlet dovlet kimi (yeni vergi yighan, qanunlarin keshik4isi ve icrachisi, vetendashlarina her cur imkani yaratmagha chalishan ve s. qurum kimi) vetendashlarinin, shirket kimi ise orda ishleyenlerindir.
Qatiliram! yaxshi yazidi!
ugurlar!
ps.Dövlət ən böyük işverəndir(employer mənasında)- bu cumle cox xosuma geldi!
Somehow i missed the point. Probably lost in translation
Anyway … nice blog to visit.
cheers, Cyclic!!