Maraqlı Bir Sitat
İyun 19, 2008
“A great part of that order which reigns among mankind is not the effect of government. It had its origin in the principles of society and the natural constitution of man. It existed prior to government, and would exist if the formality of government was abolished. The mutual dependence and reciprocal interest which man has upon man, and all parts of a civilized community upon each other, create that great chain of connection which holds it together. The landholder, the farmer, the manufacturer, the merchant, the tradesman, and every occupation, prospers by the aid which each receives from the other, and from the whole. Common interest regulates their concerns, and forms their laws; and the laws which common usage ordains, have a greater influence than the laws of government. In fine, society performs for itself almost every thing which is ascribed to government.”
Thomas Paine, “Rights of Man, Part Second.”
Abu-Dhabi. Şəhər planlama
İyun 10, 2008
Maraqlı bir elan
İyun 4, 2008
Amerikalıların bir xüsusiyyətini sevirəm. Özlərinə gülməkdən çəkinmirlər. “Qurdlar Vadisi Pusu”dakı Muro demişkən “özeleştiri” etməyi bacarırlar bəzən. Bəzən bunu etməkdə məqsəd “güclüyük, yaxşı eləyirik, əlimizin içindən gəlir” demək olsa da, hər halda özünütənqidi bacarmaq yaxşıdır.
Oxumaqda olduğum “The Pentagon’s New Map” kitabının müəllifi Thomas P. M. Barnett Pentagon üçün strateji araşdırmalar edən və ümumiyyətlə ABŞ-ın Soyuq Müharibə sonrasi hərbi strateqiyasını müəyyənləşdirən insanlardan biridir.
Kitabı uzun-uzun danışıb yazını uzatmayacam. Sadəcə müəllifə görə, ikinci Clinton administrasiyasi dövründə Pentaqonda divara yapışdırılmış məzəli bir elani nəzərinizə çatdırmaq istədim. Bu elanı görəndə ABŞ rəsmilərinin 11 Sentyabr hadisələrini niyə bu qədər “sevdiyi” aydın olur. SSRİ dağılandan sonra belə fürsət ABŞ hərbi siyasətinə çox lazım olacaqdı.
ENEMY WANTED
UNITED STATES OF AMERICA
Mature North American Superpower seeks hostile partner for arms-racing, Third World conflicts, and general antagonism. Must be sufficiently menacing to convince Congress of military financial requirements. Nuclear capability is preferred; however, non-nuclear candidates possessing significant bio-chemical warfare resources will be considered. Send note with pictures of fleet and air squadrons to:
CHAIRMAN JOINT CHIEFS OF STAFF
THE PENTAGON
WASHINGTON, DC

P.S. elanın qısaca tərcüməsi (nəzərə alın ki elanlarda işlənən spesifik sözlərin tərcüməsi bəzən mənanın itməsinə səbəb olur, ümumiyyətlə isə elan sanki özünə həyat partnyoru axtaran insanın dilindən yazılıb):
“Yetişkin(orta yaşlı) Şimali Amerika Supergücü özünə silah yarışı, Üçüncü Dünya konfliktləri və ümümi xarakterli düşmənçilik üçün qərəzli partnyor axtarır. Namizəd Kongresi hərbi məqsədlər üçün maliyyə ayırmağa razı edəcək qədər təhlükəli olmalıdır. Nüvə qabiliyyəti olanlara üstünlük verilir, lakin yetərli miqdarda bio-kimyəvi silahı olan qeyri-nüvə güclü namizədlər də nəzərə alınacaq. Hərbi dəniz donanması və hava qüvvələrinin şəkilləri əlavə olunmuş qeydlərinizi Pentagona göndərməniz xahiş olunur.”
Yeni Urbanizm
May 31, 2008
Yeni Urbanizmə görə şəhərləşmə elə planlanmalıdır ki, yaşayış əraziləri insanların normal yaşayışı üçün lazım olan bütün sosial xidmətlərini ehtiva etsin. Bundan əlavə olaraq bu xidmətlərin çoxu insanlarin piyada gedə biləcəyi məsafədə olmalıdır ki, avtomobil tıxacları yaranmasın.
Azərbaycandakı şəhərlərin sovet dövrünə aid hissələri adətən bu cür xidmətlərlə təmin olunmuşdu. Lakin, müstəqillik və özəlləşmə dövründə xidmətlərin daha cox şəhər mərkəzinə köçməsi prosesi baş verdi. Köçün məncə esas səbəbi şəhərlərin ucqarlarındakı iş yerlərinin bağlanması və bu ucqarların bir növ “yataqxana” xarakterli yaşayış sahələrinə çevrilməsi oldu.
Hazırda sosial xidmətlər problemi əsasən iki halda özünü göstərir.
1. Sovet dövründə salınmış, lakin sonradan zəifləmiş mikrorayon və kvartallar.
2. Yeni meskunlaşan plansız ərazilər.
P.S. Daha çox özəlləşməyə məruz qalmış ticarət obyektləri və tibb mərkəzləri bu sahədə istisna sayıla bilər. Lakin, kifayət qədər geniş yayılmış bu müəssisələr keyfiyyət cəhətdən mərkəzdəkilərdən geri olduğu üçün nəticə etibarı ilə çətinliklər davam edir.
Bürokratiya yoxsa bürokratik əngəllər ?!
May 25, 2008
Müqayisə: Dövlət – Biznes İdarəetməsi (Public Administration vs. Business Administration) (1)
May 23, 2008
Azərbaycan və digər keçmiş Sovet məkanı ölkələrinə baxdıqda Qərbdəki “dövlət idarəetməsi” anlayışından hələ çox uzaq olduğumuzu görərik. Kommunist rejimi çərçivəsində dövlət o qədər siyasiləşdirilmiş və əlçatmaz anlayış idi ki, bir nəfərin dövlət qulluğuna girib girməməsi onun partiya ilə bağlılığı, partiyaya sadiqliyi və yenə partiya daxilindəki aktivliyi ile bilavasitə bağlı idi.
Müstəqillikdən sonra dövlət qulluğu qaydalarında müəyyan dəyişikliklər olsa da, bu biznes idarəetməsindəki inkişafla müqayisədə çox zəif hiss edilir. Mövzunu çox mürəkkəbləşdirmədən praktiki misallara baxaq. Məsələn, qərbdə dövlət idarəçiliyi həddən artıq geniş məvhumdur. Buraya siyasi qərarlar xaricində dövlətin əli çatan bütün qurumları daxil edilir desək yanlış olmaz. 2006-cü ildə American Society for Public Administration(ASPA) – Dövlət İdarəçiliyi uzrə Amerika Cəmiyyətinin illik konfransında iştirak etmək şərəfi qismət olduqda panellərdəki mövzulara ilk baxışımda çox təəccübləndim. Təhsil, tibb, təhlükəsizlik, anti-terror mudafiə məsələləri, fövqəladə hallar, krizis idarəetməsi, şəhər planlaması, beynəlxalq təşkilatlarla işlər və s. məsələlər ilk ağlıma gələnlərdir. FBI-ın şöbə müdürü gəlib brifing verdi və iştirakçılar onu sual yağışına tutdular. Yeni Orleanda olan Katrina fırtınası mövzusunda bir çox çıxışdan birində New Orleans University prezidenti(rektoru) o şəraitdə tələbələri necə idarə etdiklərindən, qısa müddət ərzində universitet kampusunu qərargah kimi istifadə edib yaralıları və evsizləri oraya toplamalarından, habelə fırtınadan dərhal sonra universitet tələbələrini təhsilsiz qoymamaq üçün güzəştli əsaslarla digər ştatlardakı universitetlərə göndərdiklərindən danışdı.
Bu misalları çox sadalamaq olar, lakin orada anladım ki, dövlət təkcə Palament, Prezident Aparatı və Nazirlər kabineti deyilmiş. Bilirəm deyənlər olacaq ki, yeni şey kəşf eləməmisən ki, maaşını büdcədən alan hər kəs dövlət işçisidir. Razıyam. Sadəcə biz dövlətdən almağa alışmışıq. Vermək şüuru isə hələ yoxdur. Yəni, təhsil sahəsində işləyənlərimiz hiss etmir ki, əslində onlar dövlət işçisidir. Bir müəllim deyir ki, mən əməyimi dövlətə satıram, o da maaşımı verir. Lakin, özəl şirkətdə işləyən dostlarımıza baxıram, hər yerdə öz şirkətlərini təbliğ edir. Bir növ həmin şirkəti “özününkü” sayır.
Dövlət ən böyük işverəndir(employer mənasında). Necə ki, özəl şirkət işçiləri əmək-maaş mübadiləsindən əlavə olaraq şirkətin çiçəklənməsi üçün çalışır, bəzən bunun fərqində olaraq və ya olmadan şirkətinin PR-ni edir, bəzən əlavə zaman ayıraraq vəzifəsi olmayan bir iki xırda işi görür, ən azından beynində və dilində “bax bu işi belə eləsak şirkət daha da inkişaf edər” fikri dolaşırsa, dövlət işçilərimiz də dövlət mexanizminin daha yaxşı işləməsi üçün həm beyin fırtınası etməli, həm bunun üçün əməli enerji sərf etməli, həm də yeri gələndə mexanizmin zəif yerlərini düzəltməyə cəhd etməlidir.
Bunun da yeganə yolu dövləti “özününkü” hiss etməkdir. Bir vətəndaş kimi özününkü hiss etmək deyil, bunu hamımız etməliyik. Dövlət qulluqçuları sistemin bir parçası olaraq, səlahiyyətləri daxilində, sistemə təkan verməklə və sistemə nəzarət etməklə bu böyük “firmanı” inkişaf etdirməlidirlər.
Dövlət siyasətçilərin deyil, dövlət hamımızımdir.
Kütləvi İnformasiya Vasitələri və Dövlət İdarəçiliyi
May 21, 2008
Şəhərləşmə (Urban Sprawl), Problemlər, Həll Yolları
May 21, 2008
A reconstruction of the growth of Baltimore, Maryland, over the last 200 years. The U.S. Geological Survey used historical records as well as Landsat satellite data to create this sequence. Courtesy USGS.
Bakı şəhərinin son 20 ildə genişləməsinin bir çox siyasi, iqtisadi və sosial səbəbləri var. Şəhərin belə qısa vaxtda genişlənməsi ortaya infrastruktur problemləri çıxarır. Birinci dərəcəli problemlər aşağıdaki kateqoriyalarda toplana bilər:
1. Sosial xidmətlərin olmaması: yanğınsöndürmə, məktəblər, polis və s.
2. İqtisadi çətinliklər: işsizlik, kiçik-orta sahibkarlıq üçün şəraitsizlik
3. Kommunal xidmətlərin eksikliyi: kanalizasiya, işıq, qaz, su
4. Kommunikasiya zəifliyi: telefon, internet
5. Neqliyyat problemi: ictimai nəqliyyatın zəifliyi, yollarin olmaması, təmir edilən yolların tez zamanda sıradan çıxması, tıxaclar və s.
Lakin problemlər bunlarlə bitmir. Yuxarıdakıların hər birinin doğurduğu ikinci dərərcəli problemlər daha təhlükəli və uzunmüddətli olur. Məsələn, məktəbsizlik və iqtisadi problemlər burada böyüyən gənc nəsil üçün çoxyönlü fəsadlara səbəb olur (azyaşlı əməyi, savadsızlıq, kriminogen vəziyyət, prostitusiya və s.). Polis nəzarətinin azlığı da bu istiqamətdə öz mənfi “töhfə”sini əsirgəmir.
Eləcə də, kommunal xidmətlərin yoxluğu və nəqliyyat problemlərinin uzunmüddətli ekoloji nəticələri labüddür. Bu vəziyyət iqtisadi inkişafa da zərbə vurur, genişlənən ərazilər sadəcə “yataqxana” rolu oynayir və buradakı əhalinin şəhər mərkəzindən asılılığı davam edir.Bir növ nəzarətsiz qalan bu yeni “şəhərləşmiş” ərazilərdə enerji daşıyıcılarının qaçaqçılığı(qaz, elektrik enerjisi və b.) dövlət büdcəsinə külli miqdarda ziyan vurur.
Bəs çıxış yolu nədir? Bu qədər problemin həlli üçün bir yol deyil, bütün yollara müraciət etmək lazımdır. Bələdiyyə islahatı ilk addım ola bilər. Şəhər genişləməsinin qarşısını almaq qeyri-mümkündür, amma buna nəzarət etmək utopiya deyil. Şəhər planlamasından məsuliyyət daşıyan organlar hər bir bələdiyyənin ən işlək qurumu olmalıdır. Bununla yanaşı bələdiyyələr öz ixtiyarlarında olan ərazidə iqtisadi inkişafdan bilavasitə məsuliyyət daşımalı, bunun üçün muvafiq şöbələr aktiv çalışmalıdır.
Bütün bunların həyata keçirilməsi üçün dövlət də maddi və hüquqi dəstəyini əsirgəməməlidir. Lakin bunu tələb etmək, habelə verilən dəstək və səlahiyyətlərin şəffaf şəkildə istifadə edilməsini təmin etmək məhz bələdiyyələrin vəzifəsidir.
Bütün bunların həyata keçirilə bilməsi Azərbaycanda bələdiyyə fəlsəfəsinin anlaşılmasından asılıdır. Bu isə bu istiqamətdə keçiriləcək intensiv təlimlərlə mümkün ola bilər.
Şəhər meriyası
May 20, 2008
Şəhərlərimizdə baş veran pozitiv və neqativ hallarda meriyalarin, bələdiyyələrin rolu nədir? Bu qurumların əhali ilə münasibətləri hansı səviyyədədir? Şəhərlərimizin iqtisadi inkişafında bələdiyyələrin rolu nədir? İlk baxışdan elə təsəvvür oyanır ki, bizim bələdiyyələr sadəcə torpaq satışı ilə məşğul olur.
Aşağıdakı video çox gözəl bir filmdən fraqmentdir. İnanıram ki, maraqli olar.
e-government Azərbaycanda
May 18, 2008
Kiçik bir araşdırmadan sonra məlumum oldu ki, Azərbaycanda bələdiyyələrdən bəziləri e-dövlət (e-government) sisteminə ilk addımlarını atmış sayıla bilər. Doğrudur əsl elektron idarəetmənən müqayisədə bu addım hələ körpə iməkləməsinə bənzəyir, amma olan hər kiçik müsbət irəliləyişi də demək boynumuzun borcudur.
Bəzi bələdiyyələrimiz özləri üçun internet səhifəsi sifariş ediblər. Səhifələrin adları və domainləri bəzən o qədər qeyri-adi olur ki, onlara “rəsmi” adı verilməsini anlamaq olmur. Saytlardan bir neçəsi ümumiyyətlə işləmir. İşləyənlərin isə bəziləri sadəcə ana səhifədən ibarətdir.
Bəs e-government nədir? Yəni Azərbaycan bələdiyyələri bu yöndə hansı addımları atmalıdır?
Dünya bankının izahı:
“E-Government” refers to the use by government agencies of information technologies (such as Wide Area Networks, the Internet, and mobile computing) that have the ability to transform relations with citizens, businesses, and other arms of government. These technologies can serve a variety of different ends: better delivery of government services to citizens, improved interactions with business and industry, citizen empowerment through access to information, or more efficient government management. The resulting benefits can be less corruption, increased transparency, greater convenience, revenue growth, and/or cost reductions.
Traditionally, the interaction between a citizen or business and a government agency took place in a government office. With emerging information and communication technologies it is possible to locate service centers closer to the clients. Such centers may consist of an unattended kiosk in the government agency, a service kiosk located close to the client, or the use of a personal computer in the home or office.
Belə görünür ki, hələ gedəcəyimiz cox yol var..
Azərbaycan bələdiyyələrinin rəsmi saytları:
1. Mərdəkan bələdiyyəsinin rəsmi saytı – www.merdekan-belediyyesi.org
2. Nizami bələdiyyəsinin rəsmi saytı – www.nizamibelediyyesi.in-baku.com
3. Gəncə şəhər Kəpəz bələdiyyəsinin rəsmi saytı – www.kepezbelediyyesi.iatp.az
4.. Gəncə şəhər Nizami bələdiyyəsinin rəsmi saytı – www.ganjanm.org
5. Nərimanov bələdiyyəsinin rəsmi – www.narimanovbelediyyesi.az
6. Səbail bələdiyyəsinin rəsmi saytı www.belediyye.com
7. Bələdiyyə Portalı www.belediyye.org
8. Astara bələdiyyəsinin rəsmi saytı www.astaramunicipal.org/
9. Bərdə bələdiyyəsinin rəsmi saytı www.berde.belediyye.az/
10. Lənkəran bələdiyyəsinin rəsmi saytı www.lenkeran.belediyye.az/
11. Nəsimi bələdiyyəsinin rəsmi saytı www.nesimi.belediyye.az/
12. M.Ə.Rəsulzadə bələdiyyəsinin rəsmi saytı www.resulzade.belediyye.az/
13. Əli Bayramlı bələdiyyəsinin rəsmi saytı www.alibayramli.belediyye.az/
14. Bərdə rayonu Qazıqurdalı bələdiyyəsinin rəsmi saytı www.qaziqurdali.belediyye.az/
15. Şəki bələdiyyəsinin rəsmi saytı http://sheki-municipality.narod.ru/


